Ölkə üzrə karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb.
Bu barədə “QİA.AZ”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 20-də ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində həbs, 1 296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.