Karlo Ançelotti: Dünyanın ən yaxşı baş məşqçisi Qvardioladır

İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti açıqlamaları ilə gündəmə gəlib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis qonaq olduğu televiziya proqramında ona ünvanlanan suallara maraqlı cavabları ilə diqqət çəkib

– Səhər yeməyində masanızın üzərində nələr olur?

– Səhərlər masamın üzərində kofe və yoqurt olur.

– Uşaq olarkən özünüzə kimi kumir hesab etmisiniz?

– İtaliyalı keçmiş futbolçu Sandro Mattsolanı.

– Televizorda futboldan başqa nəyə baxırsınız?

– Film və serial izləməyi sevirəm.

– Hansı filmi daha çox bəyənirsiniz?

– “Maral ovçusu” (“The Deer Hunter”) filmini.

– Yemək hazırlamağı sevirsiniz? Ən bəyəndiyiniz yemək növü hansıdır?

– Əlbəttə, yemək bişirməyi xoşlayıram. Ən sevdiyim yemək isə Karbonara souslu makarondur.

– Çempionlar Liqasınız qazansanız, kuboku qaldıracağınız “Sibelyes” meydanında mahnı ifa edəcəksiniz?

– Bəli, ya oxuyacağam, ya da oynayacağam.

– Tanış olmaq istədiyiniz tarixi şəxsiyyət varmı?

– Bəli. Bu, İtaliyanın milli qəhrəmanı Cüzeppe Qaribaldidir.

– Ən son nə vaxt ağlamısınız?

– Toni Kroosun “Real Madrid”lə vidalaşdığı gün.

– Hər zaman rəhbərliyiniz altında oynamağını istədiyiniz futbolçu kim olub?

– Françesko Totti.

– Hazırda futbol dünyasının ən yaxşı baş məşqçisi kimdir?

– “Mançester Siti”yə başçılıq edən Xosep Qvardiola.

Oxşar Xəbərlər