Karyerasını başa vuran basketbolçu: Azərbaycanı həmişə yaxşı hisslərlə xatırlayacağam

“Azərbaycanda çox gözəl karyeram olub. Ona görə də bu ölkəni həmişə yaxşı hisslərlə xatırlayacağam”.

QİA.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında qadınlardan ibarət 3×3 basketbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Mersedes Volker deyib.

ABŞ-dan olan 37 yaşlı oyunçu Gənclər və İdman Nazirliyinə, Azərbaycan Basketbol Federasiyasının rəhbərliyinə və azarkeşlərə təşəkkür edib: “Möhtəşəm dəstəklərinə görə onlara minnətdaram. İdmançı karyeramda atdığım ən önəmli addım Olimpiadada iştirak etmək idi. Nəhayət, bunu bacardım. Artıq evə gedib dincəlmək vaxtıdır. Bədənimin istirahətə ehtiyacı olduğunu hiss edirəm. Bundan sonra da dayanmaq yoxdur. Başqa işlərdə özümü sınayacağam”.

Qeyd edək ki, 2015-ci ildən milli komandanın üzvü olan basketbolçu son oyununu Vyanada Avropa Kuboku çərçivəsində Avstriya seçməsinə qarşı keçirib. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Mersedes Volker “Paris-2024” Yay Olimpiya Oyunlarında da yığmanın formasını geyinib.

Oxşar Xəbərlər