Kazanda məktəbdə atışma baş verib: müəllim və 6 şagird ölüb

May11,2021 #Kazan

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada bir müəllim və 6 şagird ölüb.

“QİA.az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. İlkin məlumata görə, atəş açanlardan biri saxlanılıb. Hazırda uşaqlar evakuasiya olunur.

“RİA Novosti” bildirib ki, hadisənin şəhərin 175 nömrəli məktəbində baş verdiyi güman edilir.

Oxşar Xəbərlər