“Digər ölkələrin Cənubi Qafqazdakı vəziyyətə müdaxiləsi gərginliyi artırır”.
Bu sözləri News.ru saytına açıqlamasında İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali deyib.
O, fikrinin davamında söyləyib ki, başqa ölkələrin regiondakı mövcudluğu Cənubi Qafqazda nizamlanma prosesinə mane olur.
“Regionun altı ölkəsi – Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan, digərlərindən fərqli olaraq, bu regionu ən yaxşı tanıyan tərəflərdir”, – Kazım Cəlali bildirib.
İran səfirinin sözlərinə görə, regiondakı problemlərin həlli üçün ən faydalı format “3+3” platformasıdır.
Diplomat bildirib ki, “3+3” platformasının növbəti iclası bu il baş tuta bilər.
“Ümidvaram ki, Gürcüstan da bu görüşün iştirakçısına çevriləcək”, – Kazım Cəlali vurğulayıb.