Keçmiş baş nazir: “Ermənistan ordusu tamamilə məhv oldu”

“Ermənistan hərbi texnikasının 85 faizini itirdi, bu kapitulyasiya deyil, tamamilə məhv olmaqdır”.

QİA.AZ “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan 44 günlük döyüşlərdə ölkəsinin buraxdığı səhvlərdən danışarkən deyib.

O, mərkəzləşdirilmiş raket hücumundan müdafiə sisteminin yaradılmasında səhv olduğunu da bildirib.

Qeyd edək ki, Qrant Baqratyan 1958-ci il oktyabrın 18-də anadan olub. 1993-1996-cı illərdə Ermənistanın baş naziri vəzifəsində işləyib. Ermənistan parlamentinin üzvü olub. O, Rusiya Humanitar Akademiyasının akademiki, iqtisadçıdır. Eyni zamanda “Azatutyun” Partiyasının sədridir.

Oxşar Xəbərlər