Keçmiş MTN generallarının cinayətində zərərçəkmiş qadın dələduzluqda təqsirləndirilib

Mar13,2021

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli şəxsləri ilə bağlı cinayət işində zərərçəkmiş kimi tanınan və külli miqdarda dələduzluqda təqsirləndirilən Ulduzə Səfərzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

QİA.AZ-ın məlumatına görə, istintaq orqanı U.Səfərzadə barəsində olan cinayət işini baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

U.Səfərzadə iki nəfərə qarşı dələduzluqda təqsirləndirilir və o Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.Qeyd edək ki, U.Səfərzadə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri – general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev və general-mayor Natavan Mürvətovanın barəsində olan cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Oxşar Xəbərlər