Keynin dublu “Bavariya”ya üç xal qazandırdı

Apr27,2024

Almaniya Bundesliqasında növbəti turun oyunu baş tutub.

“Bavariya” doğma meydandan “Ayntraxt”ı qəbul edib.

Matçın 9-cu dəqiqəsində Harri Keyn meydan sahiblərini sevindirib. Lakin bir müddət sonra qonaqlar hesabı bərabərləşdirməyi bacarıblar.

61-ci dəqiqədə Keyn bu dəfə penaltidən qapını dəqiq hədəf alıb. Görüş elə bu nəticə ilə də başa çatıb – 2:1.

Hazırda çempionludan əli üzülmüş Münhen klubu 69 xalla turnir cədvəlində 2-ci pillədədir. “Ayntraxt” isə 45 xalla 6-cıdır.

Oxşar Xəbərlər