Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir görüşdən sonra jurnalistlər üçün brifinq keçirib.
O deyib ki, Fransa Prezidenti ilə Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, ticarət, müdafiə və təhlükəsizlik baxımından ikitərəfli məsələləri müzakirə edib. Kir Starmer qeyd edib ki, yalnız Fransa ilə deyil, ümumilikdə Avropa İttifaqı ilə olan münasibətlərdə genişmiqyaslı yenidənqurma və əlaqələrin bərpası da müzakirə olunub.
Qeyd edək ki, Kir Starmer dünən Parisdə baş tutan Paralimpiya Oyunlarının açılış mərasimində iştirak məqsədilə Fransada səfərdədir. O, bu gün səhər saatlarında Böyük Britaniyanın Paralimpiya idmançıları ilə görüşüb.