Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub

Apr22,2024

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, final qarşılaşmasında “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə bitdiyi üçün “qızıl set” oynanılıb. Burada daha dəqiq çıxış edən birincilər yekunda 3:2 (29:27, 25:27, 19:25, 32:30, 15:13) hesablı qələbə qazanıblar.

Bununla da “Azərreyl” 2023-2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb.

Qeyd edək ki, Yüksək Liqada bürünc medalları MOİK-ə 3:0 hesabı ilə qalib gələn “Neftçi” əldə edib.

Oxşar Xəbərlər