KİV: “Əfqanıstan Prezidenti Əbu-Dabidədir”

Avq18,2021

Ölkəni tərk etmiş Əfqanıstan Prezidenti Əşrəf Qəninin BƏƏ-də olduğu barədə məlumatlar yayılıb.

Bu iddia ilə “Kabul News” telekanalı çıxış edib.

Bildirilib ki, Ə.Qəni hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərindədir.

Qeyd edək ki, “Taliban” qruplaşmasının Əfqanıstanın paytaxtı Kabili ələ keçirməsindən sonra ölkəsini tərk edən dövlət başçısının Tacikistanda, Omanda olduğu barədə iddialar yayılsa da, təkzib olunmuşdu.

Oxşar Xəbərlər