Əfqanıstan prezidenti Əşrəf Qani istefa verməyi düşünür və çox güman ki, tezliklə ölkəni tərk edəcək.
QİA.AZ xəbər verir ki, bu barədə mənbələrə istinadən Hindistanın “News18” telekanalı məlumat yayıb.
“Prezident hələ də istefa haqqında düşünür və bunu etmək ehtimalı var”, – mənbə qeyd edib.
Bildirilib ki, Qani “Taliban” hərəkatı ilə atəşkəs barədə razılıq əldə etdikdən sonra vəzifəsini tərk edəcək.
Qeyd edək ki, “Al Mayadeen” telekanalı da Əfqanıstan prezidentinin ölkəni tərk edəcəyi barədə məlumat dərc etmişdi.