KİV: Bağdadda xəstəxanada baş verən yanğın zamanı 55 nəfər həlak olub

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı 55 nəfərə çata bilər.

QİA.AZ xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı bildirib.

Daha əvvəl hadisə zamanı 28 nəfərin həlak olması və 50 nəfərin xəsarət alması haqqında bildirilib. İraqın İnsan hüquqları üzrə komissiyasının məlumatına görə, 45 nəfər faciənin qurbanı olub. Lakin xəbər respublikanın Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməyib.

Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.

Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış baş verib.Bizim Facebook səhifəmizə abunə olun

Oxşar Xəbərlər