KİV: Ermənistan Müdafiə Nazirliyində hakimiyyətsizlikdir

Ermənistan Müdafiə Nazirliyində hakimiyyətsizlik hökm sürür.

“QİA.AZ” xəbər verir ki, bu barədə “Qraparak” qəzeti bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyan müşaviri Vaqarşak Arutyunyanı tələsik müdafiə naziri təyin etsə də, nazirlikdə hakimiyyətsizlik hökm sürür.

Yeni təyin olunan nazir hələ də şəxsi heyətlə görüşüb gələcək siyasəti barədə onlara məlumat verməyib.

“Hazırda müdafiə nazirinin müavini yoxdur. Ştat cədvəlinə uyğun olaraq 4 müavin olmalıdır. Onlardan ikisi müharibədən əvvəl, ikisi – Qabriel Balayan və Makar Qambaryan isə David Tonoyan istefa verdikdən sonra vəzifələrindən istefa veriblər”, – qəzet yazıb.

Oxşar Xəbərlər