KİV: Gürcüstanın baş naziri qadın ola bilər

Noy11,2020

Gürcüstanın baş naziri vəzifəsinə keçmiş ədliyyə naziri Tea Tsulukianinin namizədliyi irəli sürülə bilər.

“QİA.AZ” xəbər verir ki, bu barədə yerli “IPN” agentliyi mənbəyə istinadla məlumat yayıb.

Məlumata əsasən, hakim Gürcü Arzusu Partiyası hökuməti formalaşdırmağa başlayıb. T.Tsulukianinin parlamentin birinci vitse-spikeri vəzifəsinə namizədliyi nəzərdən keçirilir, lakin onun baş nazir vəzifəsinə təyinatı məsələsi ilə bağlı da danışıqlar aparılır.

Məsələ üzrə yekun qərar hələ qəbul olunmayıb.

Qeyd edək ki, T.Tsulukiani parlament seçkilərində “Gürcü Arzusu”nun siyahısında 4-cü yerdə olub.

Oxşar Xəbərlər