“RT Arabic” telekanalı İraqdakı mənbələrə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm Şahdanın İraqda öldürülməsi barədə bildirib.
“QİA.AZ” xəbər verir ki, onun Suriya ilə sərhəddə öldürüldüyü xəbər verilib.
“Al-Arabiya” telekanalı iddia edib ki, Şahdan bir gün əvvəl axşam “Al-Kaim” nəzarət-buraxılış məntəqəsindən keçib, onun maşını sonra pilotsuz uçuş aparatı vasitəsilə vurulub. Zərbə nəticəsində SEPAH komandirindən başqa onu müşayiət edən 3 nəfər də həlak olub.
Öz növbəsində Livan telekanalı “Al-Mayadeen”in mənbələri Şahdanın qətli haqqında xəbərləri təkzib edib.