KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır

Macarıstan bir neçə həftə əvvəl assosiasiya çərçivəsində razılaşdırılmış Avropa İttifaqının (Aİ) Sülh Fondundan Ermənistana bir milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklayır.

Diplomatik mənbələrə əsasən KİV bildirir ki, Macarıstan blokun ləğvi ilə bağlı müzakirə olunan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir.

Qeyd olunur ki, Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq sənədlərinə görə, bu maliyyə yardımı bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmağı, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməsini nəzərdə tutur.

“Bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinə onların dayanıqlığını və sabitlik yaratmaq imkanlarını artırmaq və bununla da böhranlar və fövqəladə hallar zamanı mülki insanları daha yaxşı qorumaqda kömək etməkdir”, – deyə bildirilir.

Oxşar Xəbərlər