KİV: Netanyahu Britaniya XİN başçısı ilə görüşdən imtina edib

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşməkdən imtina edib.

QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, buna səbəb rəsmi Londonun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahunun həbsinə dair orderi ilə bağlı mövqeyinin dəyişməsi olub.

Qeyd edilir ki, Netanyahu Britaniya hökumətinin belə mövqe tutmasından inciyib və buna görə də keçən həftənin sonunda İsrailə səfəri zamanı Lemmi ilə görüşməyib.

Xatırladaq ki, iyulun sonunda Britaniya hökuməti BCM-in Netanyahunun həbsinə order vermək üçün yurisdiksiyasına etiraz etməkdən imtina edib.

Oxşar Xəbərlər