Rusiya Avropada təxribat hazırlayır.
QİA.az xəbər verir ki, bu barədə “Financial Times” üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb.Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib.Materialda o da vurğulanıb ki, Rusiya Qərb dövlətləri ilə münaqişə etmək istəyir və artıq Avropa ərazisində məxfi partlayışlar, yanğınlar və infrastruktura ziyan vurmaq üçün daha fəal şəkildə hazırlaşmağa başlayıb.Bundan əvvəl Almaniyada Rusiyanın xeyrinə casusluq və təxribat hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. İddialara görə, müttəhimlər Rusiya xüsusi xidmətinin adından hərəkət ediblər. Onlar aprelin 17-də səhər saatlarında Bavariyanın Bayroth şəhərində həbs ediliblər.