Kiyevdə bir qrup azərbaycanlıya soyuq silahla hücum edilib, yaralananlar var

Ukraynanın paytaxtı Kiyevdə bir qrup azərbaycanlı hücuma məruz qalıb.

Hadisə mayın 28-də axşam saatlarında bazarların birində qeydə alınıb.

Belə ki, Əliverdi və Fikrət Məmmədov qardaşları və daha bir neçə azərbaycanlı polis geyimində olan naməlum şəxslər tərəfindən döyülüblər.

Soydaşlarımıza qarşı “beşbarmaq” adlı soyuq silahdan istifadə ediblər.

Yaralı azərbaycanlılar Kiyev şəhər Travmatologiya Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Report.az

Oxşar Xəbərlər