Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan “QİA.az”a bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Şamaxı şəhəri, M. Rəsulzadə küçəsində yerləşən kolbasa məhsullarının saxlandığı sahədə yoxlama keçirilib. Yoxlama zamanı anbarın ümumi vəziyyətinin istifadəyə yararsız olduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, həmçinin istifadə müddəti bitmiş, istehsal və son istifadə müddəti qeyd olunmamış, kif və göbələklərlə sirayətlənmiş, üzərində istehsal və son istifadə tarixləri qeyd olunmamış məhsullar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq məhsulların toxunulmazlığı təmin edilməklə saxlanca verilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.