Kolumbiya prezidentinin xanımı Mariya Xuliana Ruisin növbəti koronavirus testinin nəticəsi müsbət olub.
“QİA.AZ” xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidmətində bildiriblər.
“Millətin birinci xanımının bir gün əvvəl keçirilmiş testin nəticələri müsbətdir. Hazırda onda simptom yoxdur, o Səhiyyə Nazirliyinin təcridolunma protokollarına riayət edir”, – rəsmi xəbərdə bildirilir.
Məlumata görə, ölkə prezidenti İvan Dukenin son testinin nəticəsi mənfidir.
Qeyd edək ki, Kolumbiya pandemiya baxımından vəziyyətin gərgin olduğu ölkələrdəndir. Kolumbiyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 1 225 490-a çatıb.