Kolumbiya televiziyasında Azərbaycan haqda reportaj efirə gedib – VİDEO

Kolumbiya televiziyasında Azərbaycan haqda reportaj efirə gedib

Kolumbiyanın geniş izləyici kütləsinə malik “Impacto Mundo” telekanalında və kanalıninternet resurslarında bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi əsasındaAzərbaycan haqda “Qafqaz nəhəngi qara qızılı insan qızılına çevirir” adlı reportaj efirəgedib.

Bu barədə “QİA.AZ”a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat daxil verilib.Reportajda Azərbaycanın coğrafi yerləşməsi, karbohidrogen ehtiyatları ilə zəngin olması,paytaxt Bakının turistik məkanları, o cümlədən Miniatür Kitab Muzeyi, Bayraq meydanıkimi yerləri haqda izləyicilərə məlumat verilib, şəhərimizin göz oxşayan mənzərələrindənibarət kadrlar nümayiş etdirilib.

Daha sonra Azərbaycanın müstəqillik yolu, 20 yanvar faciəsi, ölkəmizin sovet rejimindənmüstəqillik əldə etməsi, Ermənistanın 30 ilə yaxın davam etmiş təcavüzü və Azərbaycanınəzəli torpaqları olan Dağlıq Qarabağa olan ididaları haqda danışılıb. Bildirilib ki, regiondadavamlı sülh və tərəqqiyə nail olunması üçün Ermənistan qonşularına qarşı ərazi iddialarıvə təcavüzkar siyasətindən əl çəkməli olduğunu anlamalıdır.

Qonşu Ermənistanın təcavüzünə baxmayaraq, Azərbaycan rəhbərliyinin uğurlu siyasətinəticəsində ölkənin son 30 ilə yaxın bir dövrdə yüksək iqtisadi inkişaf əldə etdiyi, ölkədə“qara qızılın insan qızılına çevrilməsi” prosesinin uğurla həyata keçirildiyi vurğulanıb.Ölkəmizin ən vacib sərvətinin Azərbaycan xalqı olduğu, əhalisinin əksəriyyətininmüsəlman olmasına rəğmən, bütün dünyada demokratikliyi və dünyəvilik ənənələri iləseçildiyi deyilib, qadınların tarixən və günümüzdə ölkənin ictimai-siyasi həyatındakı fəalrolundan, bu xüsusda, Azərbaycan qadınının simvolu kimi Birinci vitse-prezident Mehribanxanım Əliyevadan bəhs edilib, eyni zamanda qadınların Azərbaycanda bir sıra yüksəkvəzifələrdə təmsil olunduğu qeyd edilib.

Sonda Azərbaycanın beynəlxalq birliyin fəal üzvlərindən olduğu, bu xüsusda, hazırdaQoşulmama Hərəkatına sədrlik etdiyi, habelə Latın Amerikası ölkələri ilə ikitərəfli əlaqələridaha da inkişaf etdirmək yönündə çalışdığı bildirilib.

Oxşar Xəbərlər