Kolumbiyada mədəndə partlayış zamanı 9 nəfər ölüb

Kolumbiyanın mərkəzi hissəsindəki Boyaka departamentinin Soça bələdiyyəsinin kömür mədəsində baş vermiş partlayış nəticəsində doqquz nəfər həlak olub.

“QİA.az” xəbər verir ki, bu barədə ölkənin Milli dağ-mədən agentliyinin başçısı Xuan Miqel Duran özünün tvitterdəki səhifəsində bildirib.

O, qeyd edib ki, xilasedicilər üç şaxtaçını xilas edə biliblər.

Oxşar Xəbərlər