Kolumbiyanın şimalında polis helikopteri qəzaya uğrayıb.
“QİA.az” xəbər verir ki, bu barədə ölkə prezidenti İvan Duke bildirib.
Onun sözlərinə görə, qəza zamanı 5 nəfər həlak olub.
“Biz Bolivar departamentinin cənubunda, Kantaqalo bələdiyyəsində baş verən aivaqəzada beş qəhrəman polisimizin həlak olmasından dərin təəssüf hissi keçiririk”, – deyə Duke özünün tvitterdəki səhifəsində yazıb.
Prezident əlavə edib ki, helikopterin qəzasının səbəbləri araşdırılacaq.