DSK: Azərbaycanda boşanmaların sayı artıb

Azərbaycanda boşanmaların sayı artıb.

QİA.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.

Oxşar Xəbərlər