Konfrans Liqası: “Makkabi” hesabı açıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Sabah” və “Makkabi” (Hayfa, İsrail) komandaları arasında oyunda hesab açılıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüşün 17-ci dəqiqəsində rəqibin heyətində Dolev Aziza fərqlənib.

Matçı slovakiyalı referi Peter Kraloviç idarə edir.

Qeyd edək ki, ilk görüşdə “Sabah” 3:0 hesabı ilə qalib gəlib.

Oxşar Xəbərlər