“Sumqayıt” UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.”QİA.AZ“ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsində Serbiyada “Çukariçki”nin qonağı olub.Belqraddakı “Çukariçki” stadionunda keçirilən görüşü isveçrəli hakim Fedayi San idarə edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.Komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtda olacaq.Qeyd edək ki, bu, Azərbaycan klublarının Konfrans Liqasındakı ilk oyunu kimi də tarixə düşüb. Premyer Liqanın bürünc mükafatçısı tarixində ikinci dəfə avrokubok matçına çıxıb. “Gənclik şəhəri” təmsilçisi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına 0:2 hesabı ilə uduzub. Təsnifat mərhələsi koronavirus pandemiyası səbəbindən bir görüşdən ibarət olub.