Konfrans Liqası: “Zirə” – “Omoniya” oyunu başlayıb

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüş başlayıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Liv Bona Dea Arena”da oynanılan qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü latviyalı FIFA referisi Vitali Spasennikov idarə edir.

Komandalar arasında ilk matç rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar Xəbərlər