Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada məşhur qospel müğənnisi Mayk Kalambainin konsertində baş vermiş basabas nəticəsində azı doqquz nəfər ölüb.
QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə KDR-in səhiyyə naziri Samuel Roce Kambanın sözlərinə istinadən “Actualite” xəbər portalı məlumat verib.
“Konsert zamanı baş vermiş basabasda doqquz nəfər həlak olub”, – o bildirib.
Onun sözlərinə görə, “qurbanlar arasında səkkiz qadın, o cümlədən iki yaşlı qadın, habelə təxminən on yaşlı bir oğlan var:
“Onların əksəriyyətinin ölümü hava çatışmazlığı və boğulmadan qaynaqlanıb”.
Nazir qeyd edib ki, hadisədə ölənlərlə yanaşı yaralananlar da olub.
Konsert əvvəlki gün Kinşasanın şimalında yerləşən “Stade des Martyrs” stadionunda keçirilib və əsasən xristian kilsələrinin üzvləri olan 30 mindən çox insanı bir araya gətirib.