Bu gün Konstitusiya Günü ilk dəfə olaraq Azərbaycan ərazilərinin bütövlüyü təmin olunmuş formada keçirilir.
“QİA.AZ” xəbər verir ki, bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli deyib.
“Konsitutsiyamızda qeyd edildiyi kimi, Azərbaycan unitar dövlətdir. Azərbaycan dövlətinin unitarlığı təmin olunmuş formada keçirilir. Bu baxımdan bu gün həm də tarixi gündür. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Konsitutsiyasında ifadə olunan yeganə bir muxtariyyət var, o da Naxçıvan Muxtar Respublikasıdır”, – Ə.Hüseynli bildirib.