Konstitusiya Məhkəməsi inzibati xəta protokolunun müddətləri barədə qərar verəcək

Fev8,2021

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

“QİA.AZ” xəbər verir ki, iclasda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 24-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, İXM-nin 101-ci maddəsi inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətlərini müəyyən edir.

101.1-ci maddəyə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.

.

Oxşar Xəbərlər