Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi emblemini yeniləmək qərarına gəlib.
Konstitusiya Məhkəməsindən “QİA.az”a verilən məlumata görə, bu məqsədlə peşəkar dizaynerlər və istedadına güvənən şəxslər arasında açıq müsabiqə elan edilir. Müsabiqədə istənilən şəxs iştirak edə bilər.
Müsabiqənin şərtləri:
1. Emblemin dizaynı özündə Konstitusiya Məhkəməsinin fəaliyyəti və missiyasına dair elementləri ehtiva etməlidir;
2. Yeni emblemin dizaynı orijinal, rəngli və konseptual görünüşlü olmalıdır;
3. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud emblemlərin (loqotiplərin) elementlərini təkrarlamayan layihələr təqdim edilməlidir;
4. Təqdim olunan layihə yalnız müəllifə məxsus olmalı, daha əvvəl ictimaiyyətə təqdim edilmiş hər hansı emblemin (loqotipin) element və nişanlarına uyğun gəlməməlidir;
5. Müsabiqəyə təqdim olunan layihə, izahedici mətnlə birlikdə olmalıdır;
6. Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər;
7. Təklif olunan layihəni təqdim edən şəxs adını, soyadını, şəxsiyyətini təsdiq edən sənədin surətini, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir;
8. Təklif olunacaq layihələr iyul ayının 01-dək Konstitusiya Məhkəməsi Aparatının Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin elektron ünvanlarına göndərilməlidir.
Əlaqə üçün məsul əməkdaşlar:
Nigar Yaqubova ([email protected])Səadət Rəsulova ([email protected])
Telefon nömrəsi: (012) 492 99 73.
Qalib emblemin müəllifi xüsusi olaraq fərqləndiriləcəkdir.Təqdim olunan layihələrə Konstitusiya Məhkəməsinin xüsusi komissiyası tərəfindən baxılaraq müsabiqənin qalibi elan olunacaq. Qalib gəlmiş emblem Konstitusiya Məhkəməsinin saytında, blanklarında və digər çap məhsullarında istifadə ediləcək.