Qia.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılğı ilə 18 sentyabr 2025-ci il tarixində Nərimanov kəndində qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan şəhərcikdə yerləşən Cəbrayıl rayon 2 nömrəli tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qaçqınların və Məcbur Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli nümayəndəliyi, bələdiyyə nümayəndələri, Kənd İcra Nümayəndəliyi və rayon ərazisində yaşayan məcburi köçkün və qaçqınların iştirakı ilə vətənpərvərlik mövzusunda görüş keçirilib.


Dövlət Suverenliyi Günü ərəfəsində keçirilən görüşdə çıxış edənlər “Konstitusiya və Suverenlik İli” barədə ətraflı məlumat verib, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, soydaşlarımızın doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün yaradılan şəraitdən danışıblar. Eyni zamanda əhalinin yeni şəraitə uyğunlaşması zamanı yaranan çətinliklər və onların aradan qaldırılması, eləcə də əsas həyat bacarıqlarının möhkəmləndirilməsi istiqamətində zəruri tövsiyələr verilib.Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



