Könül Nurullayeva: “Ermənilərin dünya KİV-lərinə qarşı təzyiqləri beynəlxalq media təşkilatları tərəfindən pislənməlidir”

Könül Nurullayeva: “Ermənilərin dünya KİV-lərinə qarşı təzyiqləri beynəlxalq media təşkilatları tərəfindən pislənməlidir”

Ermənilər dünyada Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumat yayan, hətta neytral mövqe nümayiş etdirən media orqanlarını və ictimai fəalları hədəfə götürür. Onlara qarşı təzyiq məqsədilə aksiyalar təşkil olunur. Həmin şəxslər hətta sosial şəbəbkələr üzərindən ciddi təhdid və təhqir olunurlar. Fransanın TF1 kanalı, New York Times və digər media orqanları buna əyani nümunədir. Mən millət vəkili kimi mütəmadi olaraq, Azərbaycan həqiqətlərini yaymaq məqsədilə istər Avropanın, istərsə də ərəb dünyasının mətbuat orqanlarına açıqlamalar verirəm, məqalələrlə çıxış edirəm. Əksər hallarda həmin məqalələrin yerləşdirilməsi böyük çətinliklərdən sonra mümkün olur. Çünki erməni lobbisinin nüfuzlu media orqanlarına təsir imkanları var. Bu reallıqdır. Sadəcə, mən və digər həmkarlarımın məqalə və açıqlamaları konkret faktlara əsaslandığından qarşı tərəf tutarlı arqument gətirə bilmir. Şəxsən mən istər Tovuz əməliyyatları zamanı, istərsə də ötən ay Bərdə, Gəncə və digər iri şəhərlərimizdə erməni silahlı qüvvələrinin törətdiyi müharibə cinayətləri ilə bağlı fotofaktlar əsasında Türkiyə və ərəb ölkələri başda olmaqla Avropanın nüfuzlu “Brusseltimes”, həmçinin “The Parliament Magazine” portallarında da məqalə və açıqlamalarla çıxış edirəm. Erməni tərəfinin təzyiqləri ilə əlaqədar müəyyən yubanmalar olsa da, həmin materiallar dərc olunur. Biz mübarizəmizi davam etdirməliyik. Dünyanın informasiya mühitinin ermənilərə məxsus “fake-nyus”larla dolmasına imkan verməməliyik.

“QİA.AZ”ın məlumatına görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, ermənilər o qədər azğınlaşıb ki, artıq yalnız azərbaycanlılara qarşı yox, Azərbaycanın haqlı mövqeyini müdafiə edən və obtyektiv mövqedən çıxış edən hər kəsi susdurmağa çalışırlar:

“Məlumdur ki, ötən həftə Fransanın TF1 kanalı münaqişə ilə bağlı hazırladıqalrı neytral videomaterialı məhz erməni lobbisinin təzyiqi səbəbindən telekanalın rəsmi internet səhifəsindən silməyə məcbur oldu. Hiss olunur ki, ermənilər 90-cı illərin əvvəllərində olduğu kimi, bu dəfə də informasiya blokadası yaradacaqlarını zənn edirlər. Lakin unudurlar ki, Azərbaycan siyasi, iqtisadi, hərbi sahədə olduğu kimi, informasiya cəbhəsində də öz mövqelərini möhkəmləndirib. Azərbaycan Prezidenti dünya mediasının nümayəndələrinin bütün suallarını, bəzi hallarda hətta qərəzli və təxribatçı suallarını ən yüksək səviyyədə cavablandırır və dünya münaqişə ilə bağlı ən obyektiv məlumatları elə Azərbaycan Prezidentinin özündən alır. Biz hər zaman arqumentlərlə, tarixi faktlar əsasında danışırıq. Ermənistan isə təzyiq və dezinformasiya dili ilə danışır. Obyektiv məlumatların yayılmasının qarşısını almağa çalışır. Bu davranışa qarşı beynəlxalq səviyyədə təpki və qınaq olmalıdır. Beynəlxalq media təşkilatlarının lazımi reaksiyasını görmürük. Halbuki müsəlmanları təhqir edən “Şarli Hebdo” nümunəsində biz çevik müdafiə nümunəsi görürük. Müstəqil mediaya təzyiq məsələsinə selektiv yanaşma yolverilməzdir”.

Oxşar Xəbərlər