“Konutder” və “Sur Yapı” İdarə Heyətinin sədri Z.Altan Elmasdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
QİA.AZ-ın məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etmək üçün həyata keçirdiyi 44 günlük əks-həmlə əməliyyatında dünyanı heyran qoyan təqdirəlayiq liderlik nümunəsi göstərdiyinizi səmimiyyətlə vurğulamaq istəyirəm. Sizin liderliyinizdə Azərbaycan Silahlı Qüvvələrinin tarixə qızıl hərflərlə yazılan uğuru, xalqın dövlətinin və ordusunun arxasında sıx dayanması sarsılmaz mübarizə ruhunu bir daha bütün dünyaya göstərdi. Bu əməliyyat Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirən qəhrəmanlıq salnaməsidir. Sizin şəxsinizdə qardaş vətənimiz Azərbaycanı öz adımdan və ölkəm adından səmimi qəlbdən təbrik edirəm.
Hörmətli cənab Prezident.
Hər gün inkişaf etməkdə olan Azərbaycanın Sizin güclü liderliyinizlə mühüm nailiyyətlərə imza atmasının şahid oluruq. Qəlbləri birlikdə döyünən ölkələrimizdəki kədəri də, sevinci də bərabər hiss edirik. “Bir millət, iki dövlət” prinsipi ilə strateji əlaqələrimizi daha da gücləndirmək işində hədəfimiz eynidir.
Rəhbərlik etdiyim “Sur Yapı” firması həm Türkiyədə, həm də Avropada mənzil inşaatı sahəsində fəaliyyətini davam etdirir. Əsrin dörddəbirindən də çox müddət qədər təcrübəyə malik olan firmamız inşaat sektorunun qabaqcıllarındandır. Antalyada Ətraf Mühit və Şəhərsalma Nazirliyi və Antalya Böyükşəhər Bələdiyyəsi ilə birlikdə inşa etdiyimiz Antalya layihəsi bu gün Avropanın ən böyük şəhərsalma layihəsi hesab edilir. Təxminən 70 min nəfərin yaşayacağı 1,3 milyon kvadratmetrlik əraziyə və 2,5 milyon kvadratmetr tikinti sahəsinə malik “ağıllı şəhər”in inşası ekoloji yanaşmalar əsasında həyata keçirilmişdir. Antalya layihəsi həm şəhərsalma modeli, həm də “ağıllı şəhər” funksiyaları ilə bütün dünyaya nümunə təşkil edir. Layihəmiz ətraf mühitin mühafizəsinə xidmət edən “ağıllı texnologiyalar”la milli və beynəlxalq səviyyədə çoxlu sayda mükafatın sahibi olub. Antalya layihəmizlə Türkiyədə bütöv bir şəhər miqyasında layihə həyata keçirən yeganə şirkətik.
Digər tərəfdən, enerji sahəsində də aktiv fəaliyyət göstəririk. Əsasən su və külək enerjisi olmaqla bərpaolunan enerji stansiyalarımızda elektrik enerjisi istehsal etməklə yeni sərmayələr də yatırırıq.
Azərbaycanın işğaldan azad etdiyi Qarabağın və ətraf rayonların bərpasında, ziyanın aradan qaldırılmasında və bölgənin yenidən inşasında əməkdaşlıq və həmrəyliyimiz çərçivəsində üzərimizə düşən vəzifəni yerinə yetirmək niyyətimizi xüsusilə vurğulamaq istəyirəm.
Fürsətdən istifadə edərək dost və qardaş Azərbaycan xalqına bir daha cansağlığı, xoşbəxtlik, sülh və rifah diləyirəm”.