“Konyaspor”dan Azərbaycana dəstək: Qarabağ start heyətində

Noy2,2020
"Konyaspor"dan Azərbaycana dəstək: Qarabağ start heyətində

“Konyaspor” klubu Türkiyə Super Liqasının VII turunun “Başakşehir”lə ev matçından əvvəl maraqlı addım atıb.

“QİA.AZ” xəbər verir ki, komanda rəsmi tvitter hesabından oyunun start heyətini açıqlayarkən oktyabrın 30-da baş verən zəlzələ nəticəsində zərər çəkmiş İzmirlə yanaşı, Azərbaycana da dəstəyini nümayiş etdirib.

Qarşılaşmanın “11-liy”ində İzmirin bölgələrini qeyd edən Konya təmsilçisi hücumda isə Qarabağın adını yazıb.

Qeyd edək ki, qarşılaşma Konyaspor”un 1:2 hesablı məğlubiyyəti ilə bitib.

Oxşar Xəbərlər