Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə müddətli əlavə və mükafat ödənilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib

Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödənilib


İcbari Tibbi Siğortanın Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2020-ci ilin mart-dekabr ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145.8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən ilin aprel-dekabr ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 385.000 manat məbləğində müddətli əlavə ödənilib. Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, 138.500 manat məbləğində mükafat ödənilib.

Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

AylarDövlət tibb müəssisələri üzrəÖzəl tibb müəssisələri üzrəKönüllülər üzrəCəmi
Tibb işçiləriQeyri-tibb işçiləri
Mart9.7 milyon manat (21 010 nəfərə)1.9 milyon manat (3378 nəfərə)11.7 milyon manat
Aprel11.5 milyon manat (10 300 nəfərə)2.5 milyon manat (2868 nəfərə)82.216 manat (49 nəfərə)7000 manat (28 nəfərə)14.1 milyon manat
May11.7 milyon manat (8903 nəfərə)2.4 milyon manat (2658 nəfərə)105.011 manat (43 nəfərə)8500 manat (34 nəfərə)14.3 milyon manat
İyun15.5 milyon manat (11710 nəfərə)2.6 milyon manat (3074 nəfərə)89.782 manat  (42 nəfərə)7750 manat  (31 nəfərə)18.2 milyon manat
İyul17.3 milyon manat (12756 nəfərə)2.6 milyon manat (3049 nəfərə)44.242 manat (24 nəfərə)14.500 manat (58 nəfərə)20 milyon manat
Avqust15 milyon manat (11424 nəfərə)2.2 milyon manat (2667 nəfərə)18.992 manat  (9 nəfərə)16.500 manat (66 nəfərə)17.2 milyon manat
Sentyabr12 milyon manat (9460 nəfərə)1.8 milyon manat (2514 nəfərə)23.700 manat (13 nəfərə)23.750 manat  (95 nəfərə)13.8 milyon manat
Oktyabr11.6 milyon manat (9405 nəfərə)1.9 milyon manat (2369 nəfərə)5.603 manat (2 nəfərə)9.500 manat (38 nəfərə)13.5 milyon manat
Noyabr17.7 milyon manat (13 641nəfərə)2.3 milyon manat (3114 nəfərə)6.340 manat (3 nəfərə)22.000 manat (88 nəfərə)20 milyon manat
Dekabr23.6 milyon manat (15 929 nəfərə)2.8 milyon manat (3323 nəfərə)9.172 manat (4 nəfərə)29.000 manat (116 nəfərə)26.4 milyon manat

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 2021-ci il tarixli 2 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarınam müddətli əlavələrin ödənilməsi 2021-ci il martın 31-dək uzadılıb.

QİA.AZ

Oxşar Xəbərlər