Türkiyə səfərinə böyük əhəmiyyət veririk. Əminik ki, bu səfər Azərbaycan-Türkiyə münasibətlərinə müsbət təsir göstərəcək. Forum çərçivəsində iş adamlarımız bir araya gələrək gələcəkdə atılacaq addımları müzakirə edəcəklər.
QİA.AZ-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.
Baş nazir qeyd edib ki, bu iki dost və qardaş xalq arasında olan münasibətlər çərçivəsində bütün sahələrdə sıx əməkdaşlıq edirik: “Koronavirus pandemiyası iqtisadi əlaqələrimizə təsirsiz ötüşməyib. Lakin ticarət dövriyyəsinin azalması elə də əhəmiyyətli olmayıb. Biz birlikdə pandemiyanın öhdəsindən gələndən sonra ticarət dövriyyəsində azalma aradan qaldırılacaq. Bunun üçün imkanlarımız var”.