“Moderna” biotexnologiya şirkətinin səhmlərinin ticarət həcmi ötən gün 34 milyard ABŞ dolları təşkil edib.
QİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, son yarım il üzrə orta göstəricidən 17 dəfə çoxdur. Həmin dövrdə şirkətin qiymətli kağızları ilə gündəlik ticarətinin həcmi orta hesabla 2 milyard dollar olub.
Ancaq 20 iyulda ticarət sessiyasının son saniyyəsində 10 milyard dollarlıq əqdlər qeydə alınıb. Həcmin artımı şirkətin səhmlərinin “S&P 500” indeksinə daxil edilməsi ərəfəsində baş tutub.
Qeyd edilir ki, ilkin olaraq bazar iştirakçıları arasından “Moderna”nın populyarlığı COVID-19-a qarşı effektiv vaksin yaradandan sonra baş verdi. Qiymətli kağızlara marağın kəskin artması isə koronovirusun “Delta” ştamı ilə bağlı artan narahatçılıq ilə əlaqələndirilir.