Çindən sifariş edilən 10 milyon dozalıq COVID-19 peyvəndinin ikinci partiyasının ikinci hissəsi daşıyan təyyarə İstanbul Hava Limanına enib.“QİA.AZ” “CNN Türk”ə istinadən xəbər verir ki, Çinin paytaxtı Pekindəki hava limanından qalxan Türk Hava Yolları”na məxsus TK 6175 nömrəli “Boeing-777” tipli təyyarənin yerli vaxtla 06:10-da İstanbula çatıb.Aşıların olduğu konteynerləri gömrük rəsmiləşdirilməsindən sonra təyyarədan götürərək depolara daşınmağa başlanıb.
Qeyd edək ki, koronavirusla mübarizə çərçivəsində Çindən sifariş edilən “CoronaVac” vaksinlərinin 10 milyon dozalıq ikinci partiyasının ilk hissəsi (6,5 milyon doza) yanvarın 25-də Türkiyəyə gətirilib.