“Özümü çox yaxşı hiss edirəm”.
“QİA.AZ” “Habertürk”ə istinadən xəbər verir ki, bunu koronavirusa yoluxan və bir ay reanimasiyada yatandan sonra palataya köçürülən Çex Respublikasının Prezidenti Miloş Zeman radiodakı canlı yayım zamanı deyib.
“Özümü yüz faiz yaxşı hiss edirəm. Peter Fialayı yeni Baş nazir təyin etməkdə isə heç bir problem görmürəm”.
Qeyd edək ki, oktyabrın 10-da dövlət başçısının səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.