Dünyada koronavirusdan gündəlik ölüm sayında rekord müəyyənləşib. Belə ki, son sutkada 9 763 nəfər COVID-19 qurbanı olub.
Bu barədə “QİA.AZ” “Bloomberg”ə istinadən xəbər verir.
Qeyd olunur ki, COVID-19 pandemiyası sürətlənib. Məsələn, Yunanıstanda qismən tətbiq olunan lokdauna baxmayaraq, gündəlik koronavirusa yoluxmada maksimum say aşkar edilib – 2 646. ABŞ-da isə analoji göstərici ilk dəfə 100 mini keçib.
Xatırladaq ki, dünyada təsdiqlənmiş COVID-19-a yoluxma hallarının sayı 48 milyonu keçib.