Koronavirusdan sağalanların xeyli hissəsi virusun fəsadını daha bir neçə ay yaşayır

COVID-19 xəstəliyindən sağalmış şəxslərin böyük qismi hətta üstündən 7-9 ay keçmiş olsa belə, onun müəyyən əlamətlərini hiss edirlər.

QİA.AZ xəbər verir ki, nəticələri Cenevrə Universitetinin saytında yerləşdirilmiş tədqiqat işində iştirak edən 410 könüllünün 39 faizində koronavirusdan sağalandan 7-9 ay sonra da tez yorulmaq (20,7 faiz), iy və dad bilməmə (16,8 faiz), tənginəfəslik (11,7 faiz), başağrısı (10 faiz) kimi əlamətləri hiss etdikləri üzə çıxıb.

Xəstəliyi daha ağır keçirənlərdə həmin əlamətlərin daha uzun müddət özünü göstərdiyi bildirilir.

Taqətsizlik və başağrısının kişilərdən çox qadınlarda müşahidə olunduğu, 40-60 yaş arası şəxslərdə isə daha çox əzələ ağrılarının hiss olunduğu da qeyd edilib.

Oxşar Xəbərlər