Koronavirusla mübarizə aparan tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadıldı

Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarına dəyişiklik edib.

QİA.AZ-ın məlumatına görə, dəyişikliyə əsasən, koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb.

Əvvəl bu müddət 2020-ci ilin oktyabrın 1-dək müəyyən edilmişdi.

Oxşar Xəbərlər