2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 9,2 min müraciətinə baxılıb.
QİA.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Bunlardan 4,5 mini ərizə və şikayət kimi, 4,7 min isə Baş İdarədə fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət kimi daxil olub.
Həmin müraciətlər əsasən yerli icra hakimiyyəti orqanları, sosial müdafiə, təhsil, səhiyyə, bələdiyyə, özəl sektor və digər sferaları əhatə edir.
“161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsü belədir:
Daxili işlər orqanları – 779
Yerli icra hakimiyyəti orqanları – 656
Sosial müdafiə – 654
Səhiyyə – 564
Bələdiyyələrin fəaliyyəti – 280
Təhsil – 136
Ədliyyə orqanları – 134
Özəl sahə – 121
“Azərişıq” ASC-nin fəaliyyətilə bağlı – 115
Meliorasiya və su təsərrüfatı – 96
“Azəriqaz” İB – 88
Səfərbərlik – 48
Ekologiya və təbii sərvətlər – 40
Müdafiə – 33
“Azərsu” ASC – 29
Bank sektoru – 28
Kənd təsərrüfatı – 28
Digər – 832
Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.