Korsikalı etirazçı: Fransa dövləti məsuliyyətini dərk etməli, Korsikadakı hazırkı siyasi vəziyyəti nəzərə almalıdır

Keçmiş siyasi məhbusları bir araya gətirən “Patriotti” kollektivi və siyasi dustaqları müdafiə edən “Associu Sulidarita” assosiasiyaları Korsika xalqını nümayişə çağırıb. Onlar bununla uzun müddətdir davam edən Fransa repressiyasına son qoyulmasın tələb edirlər. Siyasi məhbuslar var, qanunsuz həbslər getdikcə daha da çoxalır, insanlar qapını açsalar da, polis sanki partlayıcı varmış kimi qapını sındırır, fəallarımızı uşaqlarının gözləri qarşısında qandallayır, onların başını təpikləyir. Fəallarımız Parisdə, Marseldə həbsxanalarda saxlanılır.

QİA.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bastiyada polis tərəfindən saxlanılan korsikalı fəallara dəstək üçün keçirilən etiraz nümayişində “Patriotti” kollektivinin sözçüsü Jan-Filip Antolini söyləyib. O deyib ki, bu gün Fransa dövləti məsuliyyətini dərk etməlidir, Korsikadakı hazırkı siyasi vəziyyəti nəzərə almalıdır. Bir neçə ildir ki, əhalinin 60 faizi Korsikanın müstəqilliyinə səs verir.

“Korsika xalqının elementar, fundamental hüquqlarının tanınmasını tələb edirik. Bu gün bu hüquqlar tanınmır. Xalqımızın ona məxsus bu torpaqlarda ləyaqətlə işləməsini tələb edirik. Fransa dövləti Korsikaya miqranlar yerləşdirməklə adanın demoqrafik tərkibini dəyişir. Son illər ərzində Korsikanın əhalisinin sayı 40 faiz artıb və bu, yalnız miqrantların gəlməsi hesabına baş verib. Hansı ölkə belə vəziyyəti qəbul edər?! Bu, xalqımızın, onun dilinin, mədəniyyətinin yoxa çıxmasına aparır. Ona görə bu gün nümayişə çıxaraq xalqımızın hüquqlarının tanınmasını istəyirik”, – deyə J. F. Antolini vurğulayıb.

Oxşar Xəbərlər