“Kortyard Mariott” otelinin konfrans zalında 20 yanvar faciəsinin qurbanlaının xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib-FOTO

Yanvarın 20-i Kişinyovun “Kortyard Mariott” otelinin konfrans zalında 20 yanvar 1990-ci il faciəsinin qurbanlaının xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Səfirlikdən QİA.AZ-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi Moldova azərbaycanlılar Konqresinin təşkilatşılığı ilə baş tutub. Tədbirdə Moldova azərbaycan diasporunun nümayəndələri, rəsmilər, bu ölkədə diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, tələbələr və yerli KİV nümayəndələri iştirak ediblər.
Öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Moldova azərbaycanlılar Konqresinin müavini Ramiz Ənsarov Azərbaycanın bu ölkədəki Səfiri Qüdsi Osmanovun konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə Səfir qeyd edir ki, 20 yanvar azərbaycan xalqının milli iradəsinin əyilməməzliyinin rəmzidir. “20 yanvar faciəsini törətməklə Sovet rəhbərliyi azərbaycan xalqının iradəsini və qürurunu sındırmaq istəyirdi. Lakin buna nail ola bilmədi. Güclü iradəyə malik olan xalqımız bütün dünyaya göstərdi ki, tarixin ən əlamətdar məqamlarında yumruq kimi birləşib milli maraqlarını müdafiə etməyə qadirdir. Bunu bir daha 44-günlük Vətən müharibəsində də xalqımız nümayiş etdirdi. Bir yumruq kimi xalqın lideri, Prezident İlham Əliyevin ətrafinda birləşərək öz ərazi bütövlüyünü bərpa etdi, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı qaytardı”,- Səfirin müraciətində qeyd edilib.
Konqresin nümayəndəsi Ramiz Ənsərov öz çıxışında yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən söz açıb və qeyd edib ki, Moldova azərbaycan icması xaricdə yaşayan gənc azərbaycanlıların xalqımızın tarixində bütün əlamətdar hadisələrin hörmət və ehtiramla anması, xatırlaması üçün böyük işlər aparır.
Moldova Parlamentinin deputatı, Moldova Prezidentinin seçildiyi “Hərəkət və həmrəylik” partiyasının sədri İqor Qrosu çıxışında dəvətə görə Konqresə təşəkkür edib və Sovet İttifaqının dağılmasından sonra postsovet ölkələrindəki proseslərə toxunaraq, Moldova və Azərbaycanın müstəqilliyinin formalaşma tarixinin oxşarlığını və hər iki ölkənin suverenliyinin layiqli oğullarının canı bahasına əldə olunduğunu qeyd edib.
Moldovada Qaqauziya icmasının rəhbəri Nikolay Terzi öz çıxışında Ulu öndər Heydər Əliyev ilə görüşünü xatırlayıb, azərbaycan xalqını ərazi bötüvlüyünü bərpası münasibətilə təbrik edib və azərbaycan xalqı ilə qaqauz xalqları arasında səmimi dostluq və qardaşlıq münasibətlərini vurğulayıb. O qeyd edib ki, qaqauz xalqı hər zaman azərbaycan xalqının kədər və sevincini bölüşür.
Moldovada Dağ yəhudilər Assosiasiyasının nümayəndəsi Roman Aronov qeyd edib ki, azərbaycan xalqı öz cəsarəti və əyilməməzliyi ilə müatəqilliyini qazanıb. O, tarix boyu iki xalqın başına gələn sınaqlardan bəhs edərək, azərbaycan və yəhudi xalqları arasındakı dostluğa da toxunub.
Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitabların müəllifi Dmitri Tereburke qeyd edib ki, XX əsrin 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Azərbaycanda gedən proseslər Sovet İttifaqında milli hərəkatın başlanğıcını qoyub və İttifaqın sonunu təyin edib. O, azərbaycan xalqını Qarabağ münaqişəsinin həlli münasibətilə təbrik edib və bu hadisənin bütün bölgə üçün əhəmiyyətini qeyd edib.
Həmçinin tədbirdə Konqresin nümayəndələri Maarif Rəhimov, Zamir Qubadov və Ağası Məmmədli çıxış ediblər. Natiqlər tədbir iştirakçılarına şahidi olduqları dəhşətli 20 Yanvar hadisələrindən bəhs ediblər və qeyd ediblər ki, hər bir azərbaycanlı üçün bu gün eyni zamanda dövlətçilik naminə qürur, əyilməməzlik və fədakarlıq rəmzidir.
Tədbirin sonunda konfrans iştirakçılarına “Qanlı yanvar” hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub.
Faciə qurbanlarının xatirəsinə ehsan verilib.
Tədbir Moldova KİV-də geniş işıqlandırılıb.

Oxşar Xəbərlər