Kot-d”İvuarın ən böyük şəhəri Abicanda tikilməkdə olan məscidin qismən uçması nəticəsində azı 8 nəfər ölüb, iki nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, ikinci mərtəbənin döşəməsi çöküb. Xilasetmə xidmətləri hələ də dağıntıları təmizləməkdədir.
Məlumata görə, hazırda səlahiyyətli orqanlar məscid binasının tikintisinin qanuniliyini, təhlükəsizlik və etibarlılıq standartlarına uyğunluğunu yoxlayır.
Qismən dağılmış məscid Abican şəhərinin mərkəzindəki Kokodi bölgəsində yerləşir.
Qeyd edək ki, Kot-d’İvuarın ən böyük şəhəri, müşahidəçilərin vurğuladığı kimi, demoqrafik bum yaşayır. Bəzən rəsmi icazə olmadan və mühəndislik qaydalarına zidd olaraq ərazilərdə aktiv tikinti aparılır.