Kral ailəsinin yalanı gizlətmək üçün paylaşdığı şəkil saxta çıxdı – FOTO

Mar12,2024

Dünya mediası ikinci gündür ki, Uels şahzadəsi Keyt Middltonun qəribə fotosu ətrafında baş verənləri aktiv şəkildə müzakirə edir.

Məsələn, “Independent” fotoda bir çox problemi, o cümlədən Şahzadə Şarlottanın qolunun əskik hissəsi və ətəyinin kənarının görünüşü, həmçinin Keytin geyimindəki zəncirbəndin yerinə diqqət yönəldib.

“Wall Street Journal” isə bu şəklin dünyanı Uels Şahzadəsinin sağlamlığının yaxşı olduğuna inandırmaq üçün nəzərdə tutulduğunu ancaq əks-effekt verdiyini yazıb.

“Bu foto ilə bir çox sui-qəsd nəzəriyyələri gündəmə gəldi və kral ailəsinin şahzadənin sağlamlığı ilə bağlı nə dərəcədə şəffaf olduğuna dair suallar yarandı”, – deyə nəşrdə yazılıb.

Qeyd edək ki, Britaniya kral ailəsi artıq ikinci həftədir ki, Keyt Middltonun “yoxa çıxması” ilə bağlı şayiələrlə uğursuz mübarizə aparır. III Çarlzdan sonra taxt-taca varis olacaq şahzadə Uilyamın həyat yoldaşı 2023-cü ilin dekabrından bəri ictimaiyyət arasında görünmür. Pərəstişkarları onun komada olmasından narahatlıqlarını bildiriblər, digərləri isə boşanmaq üçün müraciət etdiyini deyirlər.

Şübhələri aradan qaldırmaq üçün bu həftəsonu Kensinqton Sarayı Keytin xəstəliyindən sonra ilk rəsmi fotosunu dərc edib. Lakin bu paylaşım şübhələri daha da artırıb: nəhəng xəbər agentlikləri fotonun saxta olduğunu deyərək onu yaymaqdan imtina ediblər.

Sosial şəbəkələrdə isə foto ilə əlaqədar istifadəçilər çoxlu sayda mem paylaşıblar.

Mənbə: RİA Novosti

Oxşar Xəbərlər